Menyu

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində daha 4 mümkün rəqibi müəyyənləşib

Əziz Əzizli
“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində daha 4 mümkün rəqibi müəyyənləşib

Qarabağ”ın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində daha 4 potensial rəqibi müəyyənləşib.

"Operativ Media"nın məlumatına görə, Azərbaycan çempionunun mümkün rəqibləri sırasına “Linkoln” (Cəbəllütariq), “Aris” (Limassol, Kipr), “Farul” (Rumıniya) və “Ballkani” (Kosovo) də qoşulub.

Səpələnməmişlərin səbətində yer alacaq komandalardan yalnız ilkin mərhələnin qalibi, Albaniya və Ermənistan çempionu məlum deyil.

Öz ölkələrində çempionluğu rəsmiləşdirən “Şerif” (Moldova), “Makkabi” (Hayfa, İsrail) və “Zrinski” (Bosniya və Herseqovina) isə səpələnmişlərə düşdüklərindən, ağdamlılarla qarşılaşmayacaqlar.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 20-də olacaq. Raundun oyunları isə 11-12 iyul və 18-19 iyul tarixlərində keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər