Ana səhifə / İdman / Roman Pavlyuçenko karyerasını başa vurub Roman Pavlyuçenko karyerasını başa vurub 27.10.2022, 17:29 Nərmin Qocamanlı Rusiya millisinin sabiq futbolçusu Roman Pavlyuçenko karyerasını başa vurub. "Operativ Media" xəbər verir ki, Rusiya ikinci liqasında "Znamya"da çıxış edən 41 yaşlı hücumçu 8 oyunluq cəza aldıqdan sonra futbolla vidalaşıb. Təcrübəli forvard “Kosmos”la görüşdən sonra davada iştirak etdiyi üçün cəzalanıb. O, bundan sonra oynamaq istəmədiyini söyləyib. Qeyd edək ki, 2003 - 2012-ci illərdə Rusiya yığmasının formasını geyinib.