Anar Bağırov: Azərbaycanda vətəndaşların hüquqi yardıma çıxışı asanlaşıb
Azərbaycanda uzun müddət vəkillərin sayı ölkənin hüquqi yardım ehtiyaclarını tam qarşılayacaq səviyyədə olmayıb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Anar Bağırov məlumat verib.
Onun sözlərinə görə, uzun illər ərzində Azərbaycanda vəkillərin sayı az olub. Bu gün də Avropa ölkələri ilə müqayisədə ölkəmizdə vəkillərin sayı hələ də aşağı səviyyədədir. Lakin nəzərə almaq lazımdır ki, cəmi bir neçə il əvvəl Azərbaycanda hər 11 min nəfərə bir vəkil düşürdüsə, hazırda bu göstərici təxminən hər 3 min nəfərə bir vəkil təşkil edir. Bu, kifayət qədər müsbət nəticə və önəmli statistik göstəricidir.
“Bu dinamika onu deməyə əsas verir ki, ölkə vətəndaşlarının hüquqi yardıma çıxış imkanları əhəmiyyətli dərəcədə genişlənib, məhkəmələrə çıxışları daha əlçatan olub. Bu gün həm Bakıda, həm də regionlarda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ daha yüksək səviyyədə təmin edilir”, - deyə o, bildirib.