Menyu

Avropa ilə yeni əməkdaşlıq xətti: Azərbaycan-Slovakiya tərəfdaşlığı genişlənir - TƏHLİL

Operativ Media
Avropa ilə yeni əməkdaşlıq xətti: Azərbaycan-Slovakiya tərəfdaşlığı genişlənir - TƏHLİL

Slovakiya ilə Azərbaycan arasında dostluq münasibətləri son illərdə davamlı şəkildə inkişaf edir və əməkdaşlığın əhatə dairəsi getdikcə genişlənir. Slovakiyanın siyasi və iqtisadi dairələri Azərbaycanla tərəfdaşlığın hər iki ölkənin milli maraqlarına cavab verdiyini, qarşılıqlı fayda əsasında qurulduğunu yaxşı anlayırlar. Məhz bu yanaşma iki ölkə arasında siyasi dialoqun möhkəmlənməsinə, iqtisadi əlaqələrin dərinləşməsinə və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə şərait yaradır.

Bu sözləri Operativ Media-ya deputat Aydın Mirzəzadə deyib. 

O bildirib ki, Azərbaycan və Slovakiyanın bir çox beynəlxalq və regional məsələlər üzrə mövqeləri üst-üstə düşür:

"Qarşılıqlı hörmətə, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan münasibətlər iki ölkə arasında etibarlı tərəfdaşlığın formalaşmasına mühüm töhfə verir. Müntəzəm siyasi dialoq və yüksək səviyyəli qarşılıqlı səfərlər də bu əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edir.

İqtisadi sahədə də əməkdaşlığın inkişafı hər iki dövlətin əsas prioritetlərindən biridir. Ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanlarının artırılması, enerji, nəqliyyat, sənaye, innovasiya və digər istiqamətlərdə yeni layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar mövcuddur. Bu əməkdaşlıq yalnız iqtisadi göstəricilərin yaxşılaşmasına deyil, həm də işgüzar dairələr arasında əlaqələrin möhkəmlənməsinə və yeni tərəfdaşlıqların yaranmasına şərait yaradır.

Bununla yanaşı, münasibətlər təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Təhsil, elm, mədəniyyət, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi xalqlarımızın bir-birini daha yaxından tanımasına, dostluq əlaqələrinin möhkəmlənməsinə və qarşılıqlı etimadın artmasına xidmət edir. Xalqlar arasında qurulan bu körpülər uzunmüddətli tərəfdaşlığın əsasını təşkil edir.

Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu səfər iki ölkə arasında siyasi dialoqun daha da güclənməsinə, mövcud əməkdaşlıq istiqamətlərinin nəzərdən keçirilməsinə və yeni layihələrin müzakirəsinə imkan yaradır. Eyni zamanda, səfər Azərbaycan-Slovakiya münasibətlərinin strateji əhəmiyyətini bir daha nümayiş etdirir və gələcək əməkdaşlıq üçün yeni perspektivlər açır.

Hesab edirəm ki, bu səfərdən sonra iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr daha da genişlənəcək, qarşılıqlı etimad möhkəmlənəcək və əməkdaşlığın yeni istiqamətləri formalaşacaq. Bütün bunlar həm Azərbaycan, həm də Slovakiyanın milli maraqlarına xidmət etməklə yanaşı, regionda və Avropada sabitliyin, təhlükəsizliyin və sülhün möhkəmlənməsinə də öz töhfəsini verəcək”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər