"Axios": ABŞ Hörmüz boğazı yaxınlığındakı raket sistemlərinə zərbələr endirib
Operativ Media
Birləşmiş Ştatların silahlı qüvvələri Hörmüz boğazı yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket və hava hücumundan müdafiə sistemlərinə, həmçinin hərbi katerlərinə zərbələr endirib.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı "Axios" portalının jurnalisti Barak Ravid Ağ Ev rəsmisinə istinadən özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.
Jurnalistin yaydığı məlumata görə, ABŞ ordusunun İranın elit hərbi birləşməsi olan SEPAH-ın boğaz ərazisindəki mövqelərinə qarşı əməliyyatı iyulun 12-də gerçəkləşib. Bildirilib ki, hərbi hava və raket sistemləri ilə yanaşı, korpusa məxsus dəniz vasitələri də bir neçə dəfə hədəfə alınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net