Menyu

Oman İran səfirinə etiraz notası təqdim edib

Operativ Media
Oman İran səfirinə etiraz notası təqdim edib

İranın Omandakı səfiri Musa Fərhəngi Oman Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Musəndəm və əl-Vusta vilayətlərində yerləşən ərazilərin pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınması ilə bağlı etiraz notası təqdim edilib.

Operativ Media Oman Xəbər Agentliyinə istinadla xəbər verir ki, etiraz notası Xarici İşlər Nazirliyinin inzibati və maliyyə məsələləri üzrə müavini Şeyx Xalid əl-Məslihi tərəfindən səfirə təqdim olunub.

Oman tərəfi baş verən hadisələri “məsuliyyətsiz hərəkətlər” kimi qiymətləndirərək narahatlığını ifadə edib. Rəsmi Maskat Tehranı dövlətlərin suverenliyinə hörmət etməyə, mehriban qonşuluq prinsiplərinə riayət etməyə, digər ölkələrin daxili işlərinə qarışmamağa, beynəlxalq norma və etik dəyərlərə əməl etməyə çağırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər