Menyu

PSJ "Barselona"nın futbolçusunu istəyir

Operativ Media
PSJ "Barselona"nın futbolçusunu istəyir

"Barselona"nın hücumçusu Ferran Torres "PSJ"yə keçməyə yaxındır.

Operativ Media xəvər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

​Mənbənin verdiyi informasiyaya görə, 26 yaşlı futbolçu Paris klubu ilə danışıqlarda irəliləyiş əldə edib. "Barselona" oyunçunun gedişinə mane olmaq niyyətində deyil, lakin onun transferindən ən azı 50 milyon avro qazanmağı planlaşdırır. Bununla belə, medianın yazdığına görə, "PSJ" bonuslar da daxil olmaqla 45 milyon avroyadək təklif etməyə hazırdır.

​Torreslə "Barselona" arasındakı müqavilənin müddəti 2027-ci ilin yayına kimidir. Hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə ümumilikdə 49 oyuna çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə edib. DÇ-2026-da isə ispaniyalı futbolçu keçirdiyi 6 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər