Menyu

Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib

Operativ Media
Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib

Tovuz döyüşlərinin ildönümü münasibətilə Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin xatirəsi yad edilib. 

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyindən məlumat verilib

Bilirilib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin bir qrup hərbi qulluqçusu tərəfindən şəhidlərin məzarları ziyarət edilərək üzərinə güllər qoyulub, xatirələri hörmət və ehtiramla anılıb.

Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Anım mərasimində Milli Qəhrəmanların keçdiyi şərəfli ömür yolundan bəhs edilib, onların həyatının gənc hərbçilər üçün örnək olduğu xüsusi vurğulanıb.

Qeyd edilib ki, Vətən uğrunda şəhid olanlar döyüşlərdə göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müxtəlif orden və medallarla təltif olunublar, həmçinin şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı ilə əhatə olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər