Menyu

Slovakiya Ukraynaya hərbi yardımın maliyyələşdirilməsindən imtina edib

Operativ Media
Slovakiya Ukraynaya hərbi yardımın maliyyələşdirilməsindən imtina edib

Slovakiya Prezidenti Peter Pelleqrini bəzi NATO ölkələrinin Ukraynaya hərbi yardımın maliyyələşdirilməsində iştirak etmək istəmədiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə o, TA-3 telekanalına müsahibəsində Ankarada keçirilən NATO sammitinin nəticələrini şərh edərkən danışıb.

Pelleqrini bildirib ki, Slovakiya Ukraynaya silah tədarük etməyəcək və onun silahlandırılmasının maliyyələşdirilməsində iştirak etməyəcək. Onun sözlərinə görə, Macarıstan və Çexiya da oxşar mövqe sərgiləyib, bəzi digər ölkələr isə Ukraynaya ayrılması nəzərdə tutulan 70 milyard avroluq yardım paketinə qoşulmaq niyyətində deyil.

Slovakiya Prezidenti əlavə edib ki, Ukraynaya hərbi dəstəklə yanaşı, münaqişənin diplomatik yolla həlli istiqamətində səylər də artırılmalıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər