Nigeriyada qaçırılmış 44 məktəbli və müəllim 56 gündən sonra azad edilib
Operativ Media
Nigeriya təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Oyo ştatında 56 gün əvvəl qaçırılmış 44 məktəblini və müəllimi azad edib.
Operativ Media xəbər verir ki, bu barədə “Punch” qəzeti Nigeriya ordusunun bəyanatına istinadla məlumat yayıb.
Qeyd edilib ki, xilasetmə əməliyyatında hərbçilər, polis və kəşfiyyat zabitləri iştirak edib. Səkkiz nəfər şübhəli şəxs saxlanılıb, qrupun bir neçə üzvü isə öldürülüb.
Xatırladaq ki, bu il mayın 15-də 39 şagird və yeddi müəllim qaçırılıb. Bir müəllim hücum zamanı, digəri isə sonradan öldürülüb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma