Seneqal millisinin baş məşqçisi qovuldu
Operativ Media
Seneqal millisinin baş məşqçisi Pape Tiav vəzifəsindən uzaqlaşdırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyası məlumat yayıb.
Qərarın 2026-cı il dünya çempionatında qeydə alınan uğursuz nəticələrdən sonra verildiyi bildirilib.
45 yaşlı mütəxəssisin rəhbərliyi altında Seneqal mundialın 1/16 finalda Belçikaya qarşı 2:0 hesabı ilə öndə olmasına baxmayaraq, əlavə vaxtda 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Pape Tiav 2024-cü ilin dekabrından Seneqal millisini çalışdırırdı. O, bu ilin əvvəlində komandanı Afrika Millətlər Kubokunda çempion etsə də, mundialdakı uğursuz çıxış onun postunu itirməsi ilə nəticələnib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net