Menyu

Hakan Fidan Ukrayna sammiti üçün Parisə gedəcək

Operativ Media
Hakan Fidan Ukrayna sammiti üçün Parisə gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın paytaxtı Parisdə keçiriləcək Ukrayna ilə bağlı "Könüllülər Koalisiyası"nın Liderlər Sammitinə qatılacaq.

Operativ Media bu barədə xarici KİV-ə istinadən xəbər verir. 

Məlumata əsasən, Hakan Fidan sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək. Onun Parisdə keçirəcəyi ikitərəfli görüşlərdə Ukrayna məsələsi və regional proseslər əsas müzakirə mövzuları olacaq.

Bildirilib ki, nazir çıxışı zamanı Ankaranın Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edəcək. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsində cəbhədəki son vəziyyət və münaqişənin diplomatik yollarla həlli istiqamətində aparılan təşəbbüslərlə bağlı Türkiyənin mövqeyini iştirakçıların diqqətinə çatdıracaq.

Hakan Fidanın Türkiyənin Rusiya və Ukrayna nümayəndə heyətlərini yenidən danışıqlar masası ətrafında bir araya gətirməyə hazır olduğunu vurğulayacağı gözlənilir.

Nazirin çıxışında Qara dənizdə sülh və sabitliyin təmin edilməsinin Türkiyə üçün prioritet məsələlərdən biri olduğu, Ankara tərəfindən bu istiqamətdə göstərilən bütün səylərin dəstəklənməyə davam edəcəyi də qeyd olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər