İsrail Hizbullah radikallarına zərbələr endirib
Operativ Media
İsrail qoşunları Livanın cənubundakı təhlükəsizlik zonasına tank əleyhinə raketlər və silah daşıyan iki Hizbullah qruplaşması aşkar edib və bundan sonra hava hücumu həyata keçiriblər.
Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“İDF əsgərləri Livanın cənubundakı təhlükəsizlik zonasına tank əleyhinə raket daşıyan bir neçə Hizbullah terrorçusunu aşkar ediblər. Terrorçular təhlükəsizlik zonasına bir nəqliyyat vasitəsi ilə daxil olub və tank əleyhinə raketləri ərazidəki bir tikiliyə boşaldıblar. Digər Hizbullah terrorçuları tikiliyə daha çox silah gətirib içəri girdikdən sonra İDF təhlükəni aradan qaldırmaq üçün hava hücumu təşkil edib", - məlumatda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net