Menyu

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatında ilk sınaqlarına çıxırlar

Operativ Media
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatında ilk sınaqlarına çıxırlar

Bu gün İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürəcək.

Operativ Media xəbər verir ki, ilk yarış günündə 6 çəki dərəcəsində 10 cüdoçumuz tatamiyə çıxacaq.

​Oğlanlar arasındakı mübarizədə, 50 kiloqram çəki dərəcəsində, 1/8 final mərhələsində Nihad Ağayev Levente Naqi (Macarıstan) – Aaron Coşua Keller (Almaniya) cütünün qalibi ilə, Fərid Rzazadə isə Armen Matevosyan (Ermənistan) – Dimitrios Qulos (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. 55 kiloqram çəkidə, 1/16 finalda Rza Xəlilli Nikita Qutu (Rumıniya) ilə qüvvəsini sınayacaq. Eyni çəkidə, lakin 1/8 finalda İbrahim Talıbov Noham Benkrouidem (Fransa) – Aleksandar Vuşev (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. 60 kiloqram çəki dərəcəsində isə, 1/16 finalda Mehman Əsgərov Narek Nahapetyan (Ermənistan) – Adam Kostoyev (İsveç) cütünün qalibi ilə gücünü yoxlayacaq.

​Qızların yarışında, 40 kiloqram çəki dərəcəsində, 1/8 finalda Zəhra Quliyeva Aviqayil Qat Mualem (İsrail) ilə, Sunay Salamova isə Kandela Kosta Kabana (İspaniya) ilə qarşılaşacaq. 44 kiloqram çəkidə, 1/16 final mərhələsində Pərvin Sevxanlı Yelena Tanaçkov (Serbiya) ilə, Fatimə Abdullayeva isə Silvia Kilaçkova (Slovakiya) ilə mübarizə aparacaq. 48 kiloqram çəki dərəcəsində, 1/8 finalda Könül Eyvazlı Jasmina Mantayeva (Avstriya) – Mia Mari Beermann (Almaniya) cütünün qalibini gözləyəcək.

​Yarışın təsnifat mərhələsi saat 12:30-da, final bloku isə saat 19:30-da başlayacaq. Qarşılaşmaları Judo TV vasitəsilə canlı izləmək mümkündür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər