Menyu

Psixosomatika: Stress hansı fiziki xəstəliklərə yol açır?

Ayşən Sadıxzadə
Psixosomatika: Stress hansı fiziki xəstəliklərə yol açır?

Gündəlik həyatımızda yaşadığımız stress yalnız emosional vəziyyətimizə deyil, bədənimizə də təsir göstərir.

Bu sözləri Operativ Media-ya açıqlamasında psixoloq Leyla Əli deyib. 

O bildirib ki, uzunmüddətli və idarə olunmayan stress zamanı orqanizm davamlı gərginlik vəziyyətində qalır:

"Bu isə baş ağrıları, boyun və bel nahiyəsində əzələ gərginliyi, mədə-bağırsaq problemləri, ürək döyüntülərinin artması, arterial təzyiqin yüksəlməsi, yuxu problemləri və xroniki yorğunluq kimi psixosomatik əlamətlərlə özünü göstərə bilər.

Bəzən aparılan tibbi müayinələrdə ciddi üzvi səbəb aşkarlanmasa da, insan fiziki narahatlıqlar yaşamağa davam edir. Belə hallarda psixoloji faktorların rolu mütləq nəzərə alınmalıdır.

Psixosomatik simptomlar “xəstəlik uydurmaq” deyil, beynin və bədənin stressə verdiyi real reaksiyadır. Vaxtında göstərilən psixoloji dəstək stressin mənbəyini müəyyən etməyə, emosiyaların sağlam şəkildə tənzimlənməsinə və fiziki simptomların azalmasına kömək edir. Psixoterapiya, xüsusilə stressin idarə olunması və travmatik təcrübələrin emalı istiqamətində tətbiq olunan yanaşmalar, həm psixi, həm də fiziki sağlamlığın yaxşılaşmasına mühüm töhfə verir. 

Unutmayın ki, sağlam bədən çox vaxt sağlam psixikadan başlayır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər