Ana səhifə / Cəmiyyət / Biləsuvarda işıq olmayacaq Biləsuvarda işıq olmayacaq 16.12.2025, 08:09 Xəbərlər redaksiyası Biləsuvarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 7 saylı hava xəttində dekabrın 16-da təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.