Menyu

"Qarabağ" Macarıstana yola düşdü

Əziz Əzizli
"Qarabağ" Macarıstana yola düşdü

"Qarabağ" səfərdə "Ferentsvaroş"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Macarıstana yollanır.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Komandanı aparan təyyarə saat 11:00-da yola düşəcək. Bu gün, Bakı vaxtı ilə saat 21:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 21:30-da isə komandanın açıq məşqi təşkil olunacaq.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər