Menyu

Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Nərmin Qocamanlı
Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Operativ Media xəbər verir ki, Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni hava limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşıladılar.

***

16:40

Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Avropa Komissiyasınınn Prezidentinin sosial media hesabında paylaşım edilib.

"Aİ Cənubi Qafqazın parlaq gələcəyinə inanır. Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik. Mən həmçinin Aİ-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam", - deyə paylaşımda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər