Azərbaycan parataekvondoçuları Dünya Taekvondo Federasiyasından xüsusi dəvət alıblar
Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksinin birgə təşkilatçılığı ilə Cənubi Koreyanın Muju şəhərində 1-7 iyul tarixlərini əhatə edən beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.
Operativ Media xəbər verir ki, dünyanın 10-dan çox ölkəsindən cəmi 40 parataekvondoçunun xüsusi dəvətlə qatılacağı bu nüfuzlu təlim-məşq toplanışında Azərbaycan milli komandasının üzvləri Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) da iştirak edəcəklər.
Yalnız seçilmiş idmançılar üçün nəzərdə tutulan bu təlim-məşq toplanışı idmançılarımızın dünyanın aparıcı parataekvondoçuları ilə birgə hazırlıq keçməsi, təcrübə mübadiləsi aparması və peşəkarlıq səviyyəsini daha da artırması üçün mühüm fürsət yaradacaq.