Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək.
Operativ Media xəbər verir ki, ilk dəfə “Sea Breeze Resort”da təşkil olunacaq yarışda dünyanın güclü boksçularının iştirakı ilə 6 döyüş baş tutacaq.
Bu görüşlərin 5-də Azərbaycan idmançıları təmsil olunacaq. 47,6 kq-da dünya çempionumuz Sübhan Mamedov Riçard Qardla üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (70 kq) Səidcəmşid Cəfərov (72,6 kq) müvafiq olaraq, Nurtas Ajbenov və Nikolay Veselov ilə qarşılaşacaq.
Avropa Oyunlarının üçüncüsü Tayfur Əliyev (60 kq) Xurşidbek Rasuljonovla, Dünya kubokunun yarımfinalçısı Nəbi İsgəndərov (70 kq) Hikmət Qarayevlə gücünü yoxlayacaq. Boksçularımızın hər birinin döyüşü 6 raunddan ibarət olacaq.
Digər görüşdə isə Çeerav Aşalayevlə (76,2 kq) Mixail Dolqolevets münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşma 8 raund davam edəcək.
Turnir iyulun 10-u saat 19:00-da start götürəcək.