Reuters: NATO-nun Albaniya sammiti baş tutmaya bilər
2027-ci ildə Albaniyada keçiriləcək NATO sammiti, Tirananın müdafiə xərclərini artırması ilə bağlı problemlər səbəbindən baş tutmaya bilər.
Operativ Media xəbər verir ki, bu barədə Reuters agentliyi mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbələri qeyd edib ki, Albaniyanın müdafiə xərclərini artırmaq planlarını həyata keçirməkdəki zəif göstəriciləri Vaşinqtonun mənfi reaksiyasına səbəb ola bilər. Eyni zamanda, Avropa NATO ölkələri ABŞ-yə müdafiə sektoruna maliyyələşdirmənin artırılmasında konkret nəticələr nümayiş etdirməyə can atırlar, buna görə də Albaniyaya diqqət çəkmək Vaşinqtonun bu barədə fikrini daha da pisləşdirə bilər.
Reuters agentliyi bundan əvvəl də NATO ölkələrinin ABŞ-nin alyansın Avropa ölkələrinin müdafiə göstəricilərinə potensial mənfi reaksiyasını azaltmaq üçün illik sammitlər keçirməkdən imtina etməyi düşündüklərini bildirmişdi.