Menyu

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir

Operativ Media
Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na əsasən, Bakıda NATO Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən kurs keçirilir.  

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi qulluqçulara NATO-nun Mobil Təlim Qrupu tərəfindən “NATO-da təlim planlaşdırılması”, “NATO standartlarında təlimlərin aparılması, məqsədlərin seçilməsi” və digər mövzularda brifinqlər təqdim edildikdən sonra qrup və fərdi şəkildə məşğələlər təşkil olunub.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi İdarəetmə Kursunun dinləyicilərinin cəlb olunduğu kursun əsas məqsədi hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin dövrün tələblərinə uyğun artırılması, müasir texnoloji həll üsul və vasitələrinin tətbiqinin tədris edilməsi, həmçinin iştirakçılara bu sahədə NATO standartları və prosedurlarının öyrədilməsidir.

Qeyd edək ki, kurs iyulun 2-dək davam edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər