Özbəkistan prezidenti Gürcüstana dövlət səfəri edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-3-də Gürcüstana dövlət səfəri edəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Uza.uz" Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Tbilisi səfərinin proqramına Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə danışıqlar daxildir.
Tərəflər arasında siyasi dialoqun gücləndirilməsinin, parlamentlərarası və regionlararası əlaqələrin inkişaf etdirilməsinin, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinin, mədəni və humanitar mübadilələrin intensivləşdirilməsinin praktik aspektləri müzakirə ediləcək.
Liderlər həmçinin aktual beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Zirvə görüşünün yekununda əməkdaşlığın müxtəlif sahələrini əhatə edən ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.