Menyu

AYNA: Daha 16 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib

Şəfa Hüseynli
AYNA: Daha 16 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib

Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha 14 tibb və 2 sosial xidmət müəssisəsinin yanında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub.

Operativ Media-ya bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq 3.28 – “durmaq qadağandır”, “5.14” – “minik taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb. 

Məhəmməd Xiyabani küçəsi, 39 nömrəli şəhər poliklinikasının yanı (minib-düşmə yeri və taksi duracağı);

Məsud Davudoğlu küçəsi, 20 nömrəli uşaq poliklinikasının yanı (minib-düşmə yeri və taksi duracağı); 

Müzəffər Həsənov küçəsi, 1 nömrəli Vərəm Əleyhinə Dispanserin yanı (minib-düşmə yeri və taksi duracağı); 

Abbas Səhhət küçəsi, Travmatologiya və Ortopediya İnstitutunun yanı (minib-düşmə yeri və taksi duracağı); 

Üzeyir Hacıbəyli küçəsi, Respublika Endokrinoloji Mərkəzin yanı (minib-düşmə yeri və taksi duracağı);

Binəqədi şosesinin köməkçi yolu, Binəqədi Tibb Mərkəzinin yanı (minib-düşmə yeri və taksi duracağı); 

Zaur Nudirəliyev küçəsi, 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin yanı (minib-düşmə yeri və taksi duracağı);

Süleyman Rəhimov küçəsi, Dəmiryol Vağzalının qarşısı (minib-düşmə yeri);

Cavadxan küçəsi, 20 nömrəli şəhər poliklinikasının yanı (minib-düşmə yeri);

Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının yanı (minib-düşmə yeri);

Ceyhun Səlimov küçəsi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının yanı (minib-düşmə yeri);

Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi, “İstanbul NS” Klinikasının yanı (minib-düşmə yeri);

Fətəli xan Xoyski və Koroğlu Rəhimov küçələrinin kəsişməsi, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının yanı (minib-düşmə yeri);

Fətəli xan Xoyski küçəsi, 5 nömrəli Şəhər Klinik Xəstəxanasının yanı (avtobus zolağında minib-düşmə yeri); 

Tbilisi prospekti, Respublika Diaqnostika Mərkəzinin yanı (avtobus zolağında minib-düşmə yeri); 

Qafur Murad küçəsi (minib-düşmə yeri) və Ziya Bünyadov prospekti (avtobus zolağında minib-düşmə yeri) Daxili İşlər Nazirliyinin Hospitalının yanı. 



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər