Menyu

Yayda yanğın riskini artıran əsas səbəblər – Ekspert açıqladı

Ayşən Sadıxzadə
Yayda yanğın riskini artıran əsas səbəblər – Ekspert açıqladı

Yay aylarında elektrik şəbəkəsinə düşən yük əhəmiyyətli dərəcədə artır və bu da yanğın riskini yüksəldir. Bunun əsas səbəblərindən biri kondisionerlər və digər elektrik avadanlıqlarının daha intensiv istifadə olunmasıdır. Şəbəkədə yük artdıqca kabellər və elektrik avadanlıqları həddindən artıq qızır, nəticədə qısaqapanma və yanğın baş verə bilər.

Bu sözləri Operativ Media-ya açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.

O bildirib ki, digər mühüm risk amili köhnəlmiş və ya nasaz elektrik naqilləridir. Vaxtında yenilənməyən elektrik xətləri yüklənməyə tab gətirmir və bu da qısaqapanma ilə nəticələnə bilir.

“Ən çox rast gəlinən təhlükəli hallardan biri bir uzadıcıya eyni vaxtda bir neçə yüksək güclü məişət cihazının qoşulmasıdır. Bundan başqa, keyfiyyətsiz elektrik avadanlıqlarından istifadə, köhnə naqillərin dəyişdirilməməsi və qoruyucu sistemlərin nasaz vəziyyətdə saxlanılması da yanğın riskini artırır. Xüsusilə mətbəxdə və ya bir otaqda çoxsaylı elektrik cihazlarının eyni elektrik xəttinə qoşulması həmin xəttin həddindən artıq yüklənməsinə səbəb olur.

Bu risklərin qarşısını almaq üçün elektrik sistemi ən azı ildə bir dəfə peşəkar mütəxəssis tərəfindən yoxlanılmalıdır. Avtomatik qoruyucular və diferensial mühafizə qurğuları işlək vəziyyətdə saxlanmalı, yüksək güc tələb edən cihazlar isə ayrıca elektrik xətti ilə qidalandırılmalıdır. Eyni zamanda yalnız keyfiyyətli uzadıcı və kabellərdən istifadə edilməli, istifadə olunmayan elektrik avadanlıqları şəbəkədən ayrılmalıdır.

Unutmaq olmaz ki, elektrik şəbəkəsi limitsiz güc mənbəyi deyil. Xüsusilə yay mövsümündə elektrik qurğularının vəziyyətinə daha diqqətlə yanaşmaq, şəbəkəni həddindən artıq yükləməmək vacibdir. Əgər yanıq qoxusu, qığılcım, naqillərin qızması və ya digər nasazlıq əlamətləri müşahidə olunarsa, avadanlıq dərhal elektrik şəbəkəsindən ayrılmalı və problemi aradan qaldırmaq üçün ixtisaslı elektrik ustasına müraciət edilməlidir. Bu cür sadə təhlükəsizlik qaydalarına əməl etmək həm yanğın riskini azaldır, həm də insanların həyat və əmlakını qoruyur”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər