Ana səhifə / Cəmiyyət / Qubada 8 yaşlı uşaq antibiotikdən ölüb Qubada 8 yaşlı uşaq antibiotikdən ölüb 15.10.2022, 15:32 Quba rayonu ərazisində azyaşlıya antibiotik vurulması nəticəsində ölüb. "Operativ Media"nxəbər verir ki, hadisə rayonun Barlı qəsəbəsi ərazisində baş verib. Ailə üzvlərinin sözlərinə görə, 2014-cü il təvəllüdlü Məmmədov Həsən Nahid oğluna ev şəraitində antibiotik iynə vurulub. Azyaşlının səhhətinin pisləşdiyindən ailəsi onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.