Menyu

Paytaxtın bir sıra ərazilərində işıq olmayacaq

Şəfa Hüseynli
Paytaxtın bir sıra ərazilərində işıq olmayacaq

İyunun 8-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq.

Operativ Media-ya bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Parlament prospekti, Mikayıl Müşviq, Kazım Kazımzadə, İsmayıl bəy Qutqaşınlı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək İlham Müzəffəroğlu, Əli Vəliyev küçələri, Qara Qarayev prospektinin bəzi hissələrini əhatə edəcək.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Əlaqəli Xəbərlər