Menyu

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Operativ Media
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə İsveçin Helsinborq şəhərində keçirilən “WTT Youth Contender” turnirində bürünc medal qazanıb.

Federasiyadan Operativ Media-ya bildirilib ki, idmançı qrup mərhələsində İsveç və Fransa təmsilçilərini məğlub edərək mərhələni lider kimi başa vurub.

O, pley-off mərhələsində İsrail və Lüksemburq idmançıları üzərində də qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə Fransa təmsilçisinə məğlub olan Azərbaycan idmançısı yarışı üçüncü pillədə tamamlayıb.

Qeyd edək ki, Onur Quluzadə hazırda Beynəlxalq Stolüstü Tennis Federasiyasının İsveçin Halmstad şəhərində təşkil etdiyi və iyunun 13-dək davam edəcək təlim-məşq toplanışında iştirak edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər