Menyu

Xaçaturyan seçkilərdə səs verib

Operativ Media
Xaçaturyan seçkilərdə səs verib

Ermənistan prezidenti Vaaqn Xaçaturyan parlament seçkilərində iştirak edib.

Operativ Media xəbər verir ki, o, paytaxt İrəvanın Malatiya-Sebastiya rayonunda yerləşən 7/46 saylı seçki məntəqəsində səs verib.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, Xaçaturyan səsvermədən sonra jurnalistlərə açıqlamasında seçimini Ermənistanın sülh, sabitlik və inkişafı naminə etdiyini bildirib.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri üzrə səsvermə prosesi davam edir.


Əlaqəli Xəbərlər