"Liverpul" "Bornmut"un yarımmüdafiəçisini transfer edir
Operativ Media
“Bornmut”un yarımmüdafiəçisi Aleks Skott karyerasını “Liverpul”da davam etdirə bilər.
Bu barədə Operativ Media "The Sun" nəşrinə istinadən məlumat verir.
Mənbənin xəbərinə görə, 22 yaşlı ingilis futbolçunun transfer olunmasını “Liverpul”un yeni baş məşqçisi, daha əvvəl “Bornmut”u çalışdırmış Andoni Iraola şəxsən tələb edir.
Skott 2023-cü ildən bəri “Bornmut”un şərəfini qoruyur. Geridə qalan mövsümdə o, bütün turnirlər daxil olmaqla 39 matçda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı yarımmüdafiəçinin bazar dəyərini 50 milyon avro qiymətləndirir.