Menyu

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Operativ Media
İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

İraqın cənubunda yerləşən Zi-Qar və Bəsrə vilayətlərini birləşdirən beynəlxalq magistral yolda sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 21 nəfər həlak olub, daha 19 nəfər isə xəsarət alıb. 

Operativ Media xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, yaralılar yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb və onlara zəruri tibbi yardım göstərilir.

Məlumata görə, qəza Bəsrədən gələn sərnişin avtobusunun toqquşması nəticəsində baş verib. Hadisə zamanı avtobusda güclü yanğın yaranıb və nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız hala düşüb.

Hadisənin səbəbləri araşdırılır.

Əlaqəli Xəbərlər