Zelenskinin Macarıstana səfəri təxirə salınıb
Operativ Media
Ukrayna Prezidenti Volodimir Zelenskinin Macarıstana planlaşdırılan səfəri və ölkənin Baş naziri Peter Madyarla görüşü təxirə salınıb.
Operativ Media xəbər verir ki, tərəflər arasında yaranan fikir ayrılıqları səbəbindən səfərlə bağlı yekun razılıq əldə olunmayıb.
Məlumata görə, görüşün bazar ertəsi axşam keçirilməsi nəzərdə tutulsa da, son anda onun təxirə salınmasına qərar verilib.
İddialara əsasən, əsas mübahisə mövzularından biri Ukraynanın qərbində yaşayan macar icmasının – zakarpat macarlarının hüquqları ilə bağlı olub.
Bundan əlavə, Kiyev və Budapeşt arasında Ukraynanın Avropa İttifaqına inteqrasiyası məsələsində də fikir ayrılıqlarının davam etdiyi bildirilir.