Daşkənddə Asiya Çövkən Çempionatı keçiriləcək
Nərmin Qocamanlı
5-6-7 sentyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Asiya Çövkən Çempionatı təşkil olunacaq. Turnir qədim atlı oyun ənənələrinin nümayişi ilə yanaşı, region ölkələrinin idmançılarının güc və ustalıqlarını sınayacağı mühüm tədbir olacaq.
Operativ Media xəbər verir ki, bu barədə Çövkən Federasiyası məlumat yayıb.
Məlumata görə, çempionatda Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Pakistan, Honq-Konq və Birləşmiş Ərəb Əmirlikləri komandaları iştirak edəcək.
Üç gün davam edəcək yarışlarda tamaşaçılar sürətli hücumlar, dəqiq zərbələr və maraqlı oyun anlarının şahidi olacaqlar.
Asiya Çövkən Çempionatı idmanla yanaşı, dostluq, mədəniyyətlərarası dialoq və beynəlxalq əməkdaşlıq üçün də əhəmiyyətli platforma olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net