"Everton" Cek Qrilişi icarəyə götürmək istəyir
Əziz Əzizli
"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş karyerasını "Everton"da davam etdirə bilər.
Operativ Media xəbər verir ki, bu haqda "Teamtalk" məlumat yayıb.
Mənbənin məlumatına görə, "şəhərlilər" 29 yaşlı ingilisi icarəyə vermək istəyir. Futbolçunun özü də “Everton”a icarəyə verilməsinə razılıq verib.
Qriliş 2021-ci ildən "Mançester Siti"də çıxış edir. 2024/25 mövsümündə "Mançester Siti"nin heyətində bütün yarışlarda 32 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net