Azərbaycan Premyer Liqasının son mövsümündə ən çox "quru oyun" keçirən qapıçılar məlum olub
Azərbaycan Peşəkar Futbol Liqası (PFL) 2025-2026-cı illər mövsümündə qapısını toxunulmaz saxlayan qolkiperlərin rəsmi statistikasını açıqlayıb.
Operativ Media xəbər verir ki, mövsümün ən çox "quru oyun" keçirən qapıçılarının siyahısına iki qolkiper şərikli liderlik edir.
"Sabah" klubunun qapıçısı Stas Pokatilov və "Şamaxı"nın qolkiperi Rikardo Fernandes cari mövsümdə hərəyə 13 qarşılaşmada qapılarını qola bağlayaraq siyahının ilk sıralarında qərarlaşıblar.
Onları "İmişli"nin çərçivə qoruyucusu Andrey Sinenka və "Zirə"nin qapıçısı Tiaqo Silva izləyirlər. Hər iki qolkiper mövsüm ərzində rəqiblərinə 11 matçda qol sevinci yaşamağa imkan verməyib.
Siyahının növbəti pillələrində isə "Turan Tovuz" klubundan Oleq Baklov və "Neftçi"nin qapıçısı Kenan Piriç yer alıblar. Hər iki futbolçu cari mövsümdə keçirdikləri qarşılaşmaların 10-da qapısını toxunulmaz saxlamağı bacarıb.