Menyu

“Biletim.az” portalına daha bir funksiya əlavə olunub

Şəfa Hüseynli
“Biletim.az” portalına daha bir funksiya əlavə olunub

“Biletim.az” portalı istifadəçilərinin rahatlığının təmin edilməsi məqsədilə tətbiqə daha bir funksiya əlavə olunub.

Bu barədə Operativ Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, vətəndaşlara artıq “biletim.az” tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı yaradılıb. İndiyədək portal üzərindən yalnız bir istiqamətə bilet almaq mümkün idi. 

Yeni funksiya istifadəçilərə səfərlərini daha rahat planlaşdırmaq və bilet alışını daha sürətli həyata keçirmək imkanı yaradır.

Xatırladaq ki, daha əvvəl portal istifadəçiləri üçün öncədən əldə edilən bilet üzrə seçilmiş oturacaq yerinin dəyişdirilməsi və seçilmiş reys üzrə çıxış vaxtının digər reysə (saata) dəyişdirilməsi imkanı yaradılıb. Eyni zamanda, portal üzərindən tətbiqə giriş zamanı “myGov ID ilə giriş” funksionallığı təmin edilib. İstifadəçilər ilkin qeydiyyat zamanı ad, soyad, doğum tarixi və digər məlumatları doldurmaq əvəzinə portala birbaşa və sürətli giriş imkanı əldə ediblər. 

Qeyd edək ki, hazırda “biletim.az” portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 370 reys olmaqla 418 nəqliyyat vasitəsi qoşulub. 


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər