Menyu

"Qarabağ" bir gündə iki yoxlama oyununa çıxacaq

Operativ Media
"Qarabağ" bir gündə iki yoxlama oyununa çıxacaq

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama oyunu keçirəcək.

Operativ Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Ukrayna təmsilçisi "Xarkov"la qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

"Köhlən atlar" ikinci görüşündə Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcəklər. Bu oyun isə saat 19:30-da başlayacaq.

Xatırladaq ki, Avstriyadakı ilk yoxlama matçında "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" daha əvvəl Bakıda "Zirə"ni üstələyib - 4:3.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər