Menyu

"Barselona"nın müdafiəçisi Səudiyyə Ərəbistanı klubuna keçir

Əziz Əzizli
"Barselona"nın müdafiəçisi Səudiyyə Ərəbistanı klubuna keçir

"Barselona"nın ispaniyalı müdafiəçisi İniqo Martinez karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 34 yaşlı futbolçu yaxın günlərdə Kataloniya klubu ilə hazırkı müqaviləsinə xitam verəcək və bu həftə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçəcək.

Bildirilir ki, tərəflər 2026-cı ilin iyun ayına qədər bir illik müqaviləni daha bir il uzatmaq imkanı ilə razılaşdırıblar. Futbolçu Səudiyyə klubuna pulsuz keçəcək.

Martinez 2023-cü ilin yayında "Barselona"ya keçib. O vaxtdan bəri o, 71 rəsmi oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.

"Transfermarkt" müdafiəçini 5 milyon avro qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər