Yunan-Roma güləşi üzrə Azərbaycan millisi də Avropa çempionu oldu
Əziz Əzizli
Slovakiyada keçirilən qitə birinciliyində sərbəst güləş üzrə millimizin Avropa çempionluğundan bir neçə gün sonra yunan-Roma güləşi üzrə millimiz də Avropa çempionu olub.
Operativ Media xəbər verir ki, qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 151 xalla komanda hesabında Avropanın ən güclüsü oldu.
Bununla da yunan-Roma güləşi üzrə milli komandamız 2-ci dəfə Avropa çempionu oldu.
Xatırladaq ki, təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl Eldəniz Əzizli (55 kq) gümüş Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net