Səudiyyə Ərəbistanının Baş naziri İlham Əliyevi təbrik edib
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezident İlham Əliyevi təbrik edib.
Operativv Media xəbər verir ki, təbrikdə deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm. Sizə cansağlığı və səadət diləyirəm.
Uca Allahdan bu mübarək bayramın hamınıza xeyir və bərəkət gətirməsini arzu edirəm. Həqiqətən O, duaları eşidən və qəbul edəndir.
Zati-aliləri, Sizə olan hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net