Ana səhifə / İdman / "Valensiya" baş məşqçini istefaya göndərdi "Valensiya" baş məşqçini istefaya göndərdi 24.12.2024, 09:13 Əziz Əzizli "Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, çətin qərar nəticələrin mənfi dinamikası nəticəsində qəbul edilib. Ruben Baraxa "Valensiya"nın əfsanələrindən biridir, o, klubda 10 mövsüm oynayıb və karyerasını "Mestalya"da başa vurub. O, cari İspaniya çempionatının 17 oyunundan sonra 12 xalla sonuncu olan "Valensiya"ya 2023-cü ildən rəhbərlik edir. 2020-ci ildən sonra "Valensiya" 5-ci baş məşqçini istefaya göndərib. Teqlər: "\"Valensiya\" ba\u015f m\u0259\u015fq\u00e7ini istefaya g\u00f6nd\u0259rdi"