"Operativ Media"nın məlumatına görə, 29 yaşlı futbolçunun yay transfer pəncərəsi zamanı Mançester klubuna azad agent kimi qoşulma ehtimalı var. Hazırda Kimmixin Münhen təmsilçisi ilə müqaviləsi 2025-ci ilə qədər qüvvədədir.
Almaniyalı yarımmüdafiəçi "Bavariya" ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparmağa hazırlaşır. Bu proses yanvar ayından etibarən daha da sürətlənəcək.