"Operativ Media" xəbər verir ki, argentinalı hücumçunn futbol karyerasını əks etdirən film nümayiş olunub.
Messi tədbirdə bunları deyib: "Hər kəsi salamlayıram. Azərbaycanın mədəniyyəti və insanları ilə tanış oldum. Buna görə çox xoşbəxtəm. Bu cür isti münasibətə görə təşəkkür edirəm. Dəstəyiniz üçün çox sağ olun!"
Qeyd edək ki, tədbirdə bilet satışından əldə olunan vəsait isə xeyriyyə məqsədinə yönəldiləcək.