ÇL: "Liverpul"un qələbə qolunu vuran Salah tarixə düşdü
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, "Estadio Municipal de Montilivi"də keçirilən oyunda qonaq komanda 1:0 hesabı ilə qalib gəlib. İngiltərə nəhənginin qolunu 62-ci dəqiqədə Məhəmməd Salah vurub.
Çempionlar Liqasında 6-cı qələbəsini qazanan "Liverpul" xallarını 18-ə çatdırıb. "Jirona" isə 3 xalda qalıb.
Məhəmməd Salah "Liverpul" forması ilə avrokuboklarda 50-ci qolunu vurub.
Misirli hücumçu buna nail olan ilk "Liverpul" futbolçusu olub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma