"Qalatasaray" gənc müdafiəçisi ilə yeni müqavilə imzaladı
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçi Metehan Baltacının sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı mərkəz müdafiəçisi 2027/2028 mövsümünün sonuna kimi "sarı-qırmızılar"a məxsus olacaq.
Qeyd edək ki, Metehan Baltacı "Qalatasaray"ın yetirməsidir. Türkiyə U-21 millisinin üzvü bu mövsüm "cim bom"un heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Teqlər:
"\"Qalatasaray\" g\u0259nc m\u00fcdafi\u0259\u00e7isi il\u0259 yeni m\u00fcqavil\u0259 imzalad\u0131"