Mahir Emreli: "Qarşıdakı iki oyunda qalib gəlməliyik"
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, 27 yaşlı futbolçu qış fasiləsinə qədər keçiriləcək iki oyundan danışıb:
“Həqiqətən də rahat bir tətil keçirmək üçün xeyli sayda xal qazanmaq lazımdır. Qarşıdakı iki oyunda qalib gəlməliyik. Bunun üçün mübarizə aparacağıq. “Fyurt”la oyundan əvvəl də (“Nürnberq” 4:0 hesablı qələbə qazanıb -red.) hər şey bizim üçün o qədər asan deyildi, amma biz bunu bacardıq”.
Qeyd edək ki, “Nürnberq” dekabrın 15-də 16-cı turda “Köln”lə qarşılaşacaq. Dekabrın 21-də isə komanda “Ayntraxt”ı (Braunşveyq) qəbul edəcək. Komanda hazırda 19 xalla 12-ci pillədə qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net