Menyu

Dünya reytinqi: "Qarabağ" irəlilədi, "Turan Tovuz" siyahıya düşdü

Əziz Əzizli
Dünya reytinqi: "Qarabağ" irəlilədi, "Turan Tovuz" siyahıya düşdü

"Operativ Media" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.

Azərbaycan cədvəldə 4 klubla təmsil olunub. Onların arasında “Qarabağ” ən yaxşı göstəriciyə malikdir. Ağdam təmsilçisi 177,50 xalla dünyada 67-cidır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 5 pillə irəliləyib.

“Zirə” 94,25 xalla 219-cu yerdədir. Paytaxt klubunun mövqeyi dəyişməyib. 

62,50 xalı olan “Sabah” 9 pillə irəliləyərək 409-cu yerdə qərarlaşıb.

Bundan əlavə, "Turan Tovuz" da siyahıya düşüb. Bölgə klubu 53,75 xalla 496-cıdır.

Qeyd edək ki, siyahıya 388 xalla İspaniya "Rea"lı başçılıq edir.

Teqlər:

"D\u00fcnya reytinqi: \"Qaraba\u011f\" ir\u0259lil\u0259di \"Turan Tovuz\" siyah\u0131ya d\u00fc\u015fd\u00fc"

Əlaqəli Xəbərlər