Renat Dadaşov zədəsini bərpa edib
Əziz Əzizli
"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu bərpa prosesini başa vurub.
“Ankaragücü”nün formasını geyinən forvard I Liqa çərçivəsində “Yeni Malatyaspor”la matçdan sonra qasıq nahiyəsindən əməliyyat olunmuşdu. Dadaşov artıq kollektivlə birlikdə məşqlərdə iştirak etməyə başlayıb. Bu isə o deməkdir ki, hücumçu tezliklə yaşıl meydanlara dönə biləcək. Renatın 15-ci turda “Boluspor”la keçiriləcək səfər matçına aparılması istisna edilmir.
Qeyd edək ki, “Boluspor” – “Ankaragücü” oyunu dekabrın 8-də keçiriləcək. Ankara təmsilçisi hazırda 20 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net