Hikmət Hacıyev: "Politico"dan saxta məqaləsini geri götürməsini tələb edirik
Nərmin Qocamanlı
"Operativ Media"nın xəbərinə görə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev nəşrə cavab verib:
"Bu çirkin dezinformasiya nümunəsindən başqa bir şey deyil. Avropa jurnalistikasının və media standartlarının belə aşağı səviyyəyə düşməsi, yumşaq desək, biabırçılıqdır. Bircə fakt bu yazını tamamilə təkzib edir: 2024-cü ildə Azərbaycan Rusiyadan heç bir qaz idxal etməyib. Azərbaycanın qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamıya aydın görünür.
Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. Biz "Politico"dan üzr istəməsini və bu saxta məqaləni geri götürməsini tələb edirik".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net