Menyu

Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Nərmin Qocamanlı
Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə nəticəsində 14 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, bu barədə müvafiq paylaşım nazirliyin “X” sosial şəbəkəsində yerləşdirilib.

“Novi Sadda baş verən, çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciə ilə əlaqədar dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına, dost Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmasını diləyirik”, - paylaşımda yazılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər